Britaniya monarxının tacqoyma mərasimi olacaq

post-img

Böyük Britaniyanın monarxı III Karlın tacqoyma mərasiminə bir həftədən də az vaxt qalır. Əlamətdar hadisəyə hazırlaşan kral ailəsinin pərəstişkarları artıq Londonun mərkəzində - Bukinqem sarayına gedən yol boyu çadırlar qurmağa başlayıblar. Məlumatı Britaniya mediasına istinadla TASS verib. 

Məlumata görə, XXI əsrin ilk tacqoy­ma mərasimini seyr etmək üçün Londo­na yüz minlərlə insanın gələcəyi gözlə­nilir.

Kral kortejinin Londonun mərkəzin­dən keçməsi taclanma mərasimi çərçi­vəsində ictimaiyyət üçün açıq olan əsas tədbirdir. Kortej Bukinqem sarayının mərkəzi qapısından çıxacaq, Mall küçə­si ilə hərəkət edərək Admirallıq tağının altından keçəcək və Westminster abbat­lığına çatacaq.

Xatırladaq ki, Böyük Britaniya kra­liçası II Elizabet ötən il sentyabrın 8-də 96 yaşında vəfat edib. Kraliçanın böyük oğlu III Karl sentyabrın 10-da rəsmi ola­raq Böyük Britaniyanın kralı elan edilib. Yeni monarxın tacqoyma mərasimi ma­yın 6-da keçiriləcək.

“Xalq qəzeti”

Son xəbərlər