Mardində antiterror əməliyyatı

post-img

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda PKK terror təşkilatına qarşı əməliyyat keçirilib. Əməliyyat rayonun 9 məhəllə və kiçik kəndini əhatə edib. Antiterror əməliyyatı ilə əlaqədar ərazidə komendant saatı elan edilib. Məlumatı “Anadolu” verib. 

Vilayət rəhbərliyinin bununla bağlı verdiyi açıqlamaya görə, Nusaybin rayo­nunun sərhədləri daxilindəki çöllük əra­zilərdə aralarında yüksək rütbəli təşkilat rəhbərlərinin də olduğu separatçı terror təşkilatı üzvlərinin və onlarla əməkdaşlıq edənlərin zərərsizləşdirilməsi üçün əmə­liyyat keçirilib. Separatçı terror təşkilatı tərəfindən istifadə edildiyi təxmin edilən bütün sığınacaq, bunker, anbar sahələri və hava hücumundan müdafiə mövqelə­rinin aşkarlanaraq məhv edilməsi nəzər­də tutulur.

Bununla bağlı verilən bəyanatda qeyd edilib ki, 2 may 2023-cü il saat 04:00-dan etibarən əməliyyatlar başa çatana qədər bölgə, Nusaybin rayonunun Tekağaç, Sapanlı, Mağaracık, Arpalı, Bahminin, Kaleli, Şekrin, Yol, Güneli məhəllələri və kəndlərində növbəti xəbərdarlığa qədər komendant saatı elan edilib. Vətəndaşla­ra öz təhlükəsizlikləri baxımından sözü­gedən qadağaya əməl etmələri tövsiyə olunub.

“Xalq qəzeti”

Son xəbərlər