Fransanın xarici işlər naziri Ermənistan-Azərbaycan sərhədində

post-img

Ermənistan mətbuatı xəbər verir ki, İrəvanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistan-Azərbaycan sərhədinə səfər edib. 

Qeyd olunur ki, K.Kolonna Cermuk (İstisu) şəhərindəki Aİ-nin mülki missiyasının işi ilə tanış olub: “Əməkdaşlıq bizə müsbət nəticələr verir. Müşahidəçilər sayəsində Aİ-yə üzv dövlətlər üçün faydalı məlumatları yerindəcə əldə etmək mümkündür. Bu, müşahidəçi missiyadır, silahlı missiya deyil, məqsəd vəziyyəti izləməkdirə. Lakin onların mövcudluğu gərginliyi azaltmağa kömək edir. Azərbaycan və Ermənistan arasında etimadı bərpa etmək üçün atəşkəs rejiminə əməl edilməlidir”, - deyə Kolonna bildirib.

"Xalq qəzeti"

Son xəbərlər