ABŞ Ermənistana təzyiq edir

post-img

Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, ABŞ Ermənistan hakimiyyətinə təzyiq edir ki, Azərbaycanla müqavilə mümkün qədər tez imzalansın.

Nəşr iddia edir ki, Vaşinqton tərəflərin mayın sonuna qədər sənədin ilkin variantını təsdiq etmələrini istəyir.

Qeyd olunur ki, sənədin layihə variantını bu yaxınlarda ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson İrəvana (sonra isə Bakıya) səfəri zamanı özü ilə gətirib. Sənədin təfərrüatları məlum deyil, lakin bəzi məlumatlara görə, o, İrəvanın və Qarabağ separatçılarının maraqlarına cavab vermir. 

Qəzet Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Bakının növbəti təkliflər paketi göndərdiyini, lakin bir neçə həftədir ki, Ermənistan tərəfinin cavab vermədiyini bildirən bəyanatını da xatırladır. Nəşrin yazdığına görə, təkliflər erməni tərəfi üçün əlverişsizdir və buna görə də Ermənistan hakimiyyəti razılıq vermir. (haqqin.az)

Dünya