“Səmalarda güvənin təcəssümü olan pilotlarımız istedadları, hazırlığı, nizam-intizamı və üstün məsuliyyət hissi ilə Türk Silahlı Qüvvələrinin və millətimizin qürur mənbəyidir”.
Bu sözləri Türkiyə Milli müdafiə naziri Hulusi Akar, Dünya Pilotlar Günü münasibəti ilə etdiyi təbrikdə bildirib: “Başda Türkiyə Silahlı Qüvvələrində olan qəhrəman və fədakar pilotlarımız olmaqla bütün pilotlarımızı “Dünya Pilotlar Günü” münasibəti ilə ürəkdən təbrik edirəm. Qəhrəman pilotlarımız səmalarımızı qorumaqdan terrorla mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlara, dənizlərimizdə hüquq və mənafelərimizin qətiyyətlə qorunmasından həm ölkədaxili, həm də hərbi əməliyyatların icrasına qədər bütün vəzifələrini böyük uğurla yerinə yetirirlər”.
Hulusi Akar onu da bildirib ki, Türkiyənin milli müdafiə sənayesinin təmin etdiyi imkanlarla, yüksək ixtisaslı pilotlarla ölkənin Hərbi Hava Qüvvələri daha güclü, səmaları isə təhlükəsiz olacaq.
“Xalq qəzeti”