Humanitar minatəmizləmə – çağırışlar və innovativ həllər

post-img

BMT-nin Vyana Bölməsində Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar beynəlxalq “Humanitar minatəmizləmə – çağırışlar və innovativ həllər” adlı dəyirmi masa təşkil edilib.

Azərbaycanın Avstriyadakı səfir­liyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə keçirilən tədbirdə Avst­riyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, BMT-nin Vyana Bölməsindəki daimi nümayəndəlikləri­nin rəsmiləri və diplomatlar, eləcə də beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.

Dəyirmi masada çıxış edən səfir Rövşən Sadıqbəyli 30 il ərzində Ermə­nistan işğalı altında olan ərazilərimizin Ermənistan tərəfindən məqsədli şə­kildə mina və partlamamış sursatlarla çirkləndirildiyini, bu xüsusda Azərbay­canın dünyada mina təhlükəsindən ən çox əziyyət çəkən ölkələrdən biri oldu­ğunu vurğulayıb. 

ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov və Azərbay­can Respublikasının Azad edilmiş ərazilərin bərpa və yenidənqurma­sı üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev ölkəmizin işğaldan azad edilmiş əra­zilərdə kütləvi şəkildə minalanma, çirklənmənin miqyası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında da­yanıqlı və təhlükəsiz məskunlaşması məqsədilə hökumətin apardığı geniş­miqyaslı humanitar minatəmizləmə fəaliyyəti, eləcə də əlaqəli şəkildə icra olunan bərpa və yenidənqurma işləri barədə geniş məlumat veriblər. 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər