Raket və Artilleriya Qoşunlarında təlimlər davam edir

post-img

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə gecə və gündüz vaxtı keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.

Plana uyğun olaraq daimi dislokasi­ya məntəqələrindən cəmləşmə rayon­larına çıxarılan artilleriya divizionlarının tədris-maddi bazası, şəxsi heyətin təc­hizatı, fərdi və qrup halında normativlə­rin icra səviyyəsi yoxlanılıb.

Daha sonra bölmələr atəş mövqelə­rini tutaraq reaktiv yaylım atəşi sistemi və artilleriya qurğularından döyüş atış­ları icra ediblər.

Bölmələrin praktiki vərdişlərinin tək­milləşdirilməsi və şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədilə ke­çirilən təlimlərdə şərti düşmən hədəflə­ri dəqiq atəş zərbələri ilə məhv edilib.

“Xalq qəzeti”

Son xəbərlər