Son sutkada 18 yoluxma qeydə alınıb

post-img

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 18 yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə, ümumilikdə, 831 min 128 nəfərin koronavirus infeksiya­sına yoluxması faktı müəyyən edilib, onlardan 820 min 689 nəfər müalicə olunaraq sağalıb, 10 min 230 nəfər və­fat edib. Aktiv xəstə sayı 209 nəfərdir.

Son sutkada yeni yoluxma halları­nın müəyyənləşdirilməsi ilə əlaqədar 913, bu günə qədər isə, ümumilikdə 7 milyon 584 min 235 test icra olunub. 

“Xalq qəzeti”

Son xəbərlər