Qazaxıstanda 4 günlük iş həftəsi

post-img

Bu il iyulun 1-dən etibarən Qazaxıstanda dördgünlük iş həftəsi tətbiq ediləcək. Bununla bağlı respublikanın Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Prezident Kasım-Jomart Tokayev bu dəyişiklikləri bəyənib. Məlumatı Qazaxıstan kütləvi informasiya vasitələrinə istinadən TASS verib.

Məlumata görə, Qazaxıstanın əmək qanunvericiliyinə edilən yenilik­lərin məqsədi ölkə sakinlərinə istirahət üçün daha çox vaxt verməkdir. Əmək Məcəlləsində beşgünlük və altıgünlük iş həftələri də nəzərdə tutulub. Qeyd edilir ki, iş həftəsinin müddəti tərəflər arasında razılaşmaya əsasən müəy­yən olunur. Bəzi təşkilatlarda beşgün­lük və altıgünlük iş həftələri növbələş­dirilə bilər.

İş həftəsinin uzunluğundan asılı ol­mayaraq bazar günü ümumi istirahət günüdür. Beşgünlük və altıgünlük iş həftəsində ikinci və üçüncü istirahət günləri kollektiv müqaviləyə və ya əmək intizamı qaydalarına əsasən müəyyən olunur.

Dördgünlük, beşgünlük və altıgün­lük iş həftələrində iş günündən əlavə iş müddəti ayda 12 saatdan çox, iş vaxtının məcmu uçotu müəyyən edilən hallarda isə ildə 120 saatdan çox olma­malıdır.

“Xalq qəzeti”

Son xəbərlər