Moskvada dördtərəfli görüş

post-img

Moskvada Rusiya Federasiyası, İran İslam Respublikası, Suriya Ərəb Respublikası və Türkiyə Respublikasının müdafiə nazirləri arasında dördtərəfli danışıqlar keçirilib.

TASS xəbər verir ki, danışıqlar za­manı Suriya Ərəb Respublikasında təhlükəsizliyin möhkəmləndirilməsi və Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması sahəsində əməli addımlar müzakirə edilib. Terror təh­didlərinin bütün təzahürlərinə qarşı mübarizə, Suriyada bütün ekstremist qruplarla mübarizə məsələlərinə xüsu­si diqqət yetirilib.

Danışıqlardan sonra tərəflər Su­riyanın ərazi bütövlüyünü qorumaq istəklərini, həmçinin suriyalı qaçqınla­rın vətənlərinə tezliklə qayıtması üçün səylərin gücləndirilməsinin zəruriliyini bir daha təsdiqləyiblər.

Müdafiə nazirliklərinin rəhbərləri bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Suriya Ərəb Respublika­sında və bütövlükdə regionda vəziyyə­tin daha da sabitləşdirilməsi maraqları naminə davam etdirilməsinin zəruriliyi­ni xüsusilə vurğulayıblar.

Həmçinin Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu iranlı, suriyalı və türkiyəli həm­karları ilə ikitərəfli danışıqlar aparıb

Görüşlər zamanı ikitərəfli əmək­daşlığın aktual məsələləri, o cümlədən qlobal və regional təhlükəsizliyin təmin edilməsinin müxtəlif aspektləri müza­kirə olunub.

“Xalq qəzeti”

Son xəbərlər