Azərbaycan XİN: Ermənistanın bəyanatı bölgədə gərginliyin artmasına gətirib çıxarır

post-img

Aprelin 23-də Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edirik.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis etməsi ilə əlaqədar 23 aprel tarixli bəyanatına dair şərhində bildirilib. Vurğulanıb ki, Ermənistan tərəfinin Azərbaycanın daxili işlərinə müdaxilə edən bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, gərginliyin artmasına gətirib çıxarır.

Son xəbərlər