Laçın-Xankəndi yolu: Gün ərzində 100 avtomobilin aksiya ərazisindən sərbəst keçidi təmin olunub

post-img

Laçın-Xankəndi yolunda təşkil olunan ekoaksiyanın 131-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 23 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Ümumilikdə gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 88, Beynəlxalq Qırmızı Xaç Komitəsinin isə 12 avtomobili keçib.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Son xəbərlər