Əməkdaşlıq imkanları müzakirə olunub

post-img

Aprelin 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmə­ti idarəsindən bildiriblər ki, tərəflər əvvəl­cə qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ən xoş arzularını və təbriklərini çatdıraraq bütün İslam dünya­sına sülh və firavanlıq diləyiblər.

Telefon danışığı zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq im­kanları, gündəlikdə duran məsələlər və gələcək perspektivlər ətrafında fikir mü­badiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin Təşkilatla faydalı və səmərəli əməkdaş­lığından bəhs edərək bu əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilat­lar çərçivəsində uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Tərəflər keçirilən birgə tədbirlərin uğur­lu təşkilinə istinad edərək, cari ilin mart ayında Mavritaniyada baş tutmuş İƏT Xa­rici İşlər Nazirləri Şurasının 49-cu sessiya­sının nəticələri, qəbul edilmiş qərarlar və növbəti addımlardan söz açıb.

Telefon danışığı zamanı qarşılıqlı ma­raq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

***

Aprelin 18-də Azərbaycan Respub­likasının xarici işlər naziri Ceyhun Bay­ramov ilə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Əl-Budeyvi ara­sında telefon danışığı baş tutub.

Nazir Ceyhun Bayramov, KƏŞ-in Baş katibi vəzifəsinə təyinatı münasibətilə Ca­sim Əl-Budeyvini təbrik edib, ona fəaliyyə­tində uğurlar arzu edib.

Azərbaycanın KƏŞ-ə üzv dövlətlərlə qarşılıqlı hörmət, dəstək və həmrəyliyə əsaslanan münasibətlərinin mövcudlu­ğundan bəhs edən nazir Ceyhun Bayra­mov, bu münasibətlərin KƏŞ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan ver­diyini qeyd edib. “Azərbaycan Respubli­kasının Xarici İşlər Nazirliyi ilə KƏŞ Baş Katibliyi arasında Məsləhətləşmələrin Mexanizmi haqqında Anlaşma Memo­randumu”nun imzalanmasının Azərbay­can və KƏŞ arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirən nazir Ceyhun Bayramov, bu xüsusda sözügedən Memorandumdan irəli gələn məsələlərin, habelə növbəti addımların müzakirəsi istiqamətində qarşılıqlı təmas­lar və dialoqun əhəmiyyətini vurğulayıb.

Casim Əl-Budeyvi KƏŞ-ə üzv döv­lətlər ilə Azərbaycanı birləşdirən bir çox ortaq dəyərlərin mövcudluğundan məm­nunluqla bəhs edərək, bu xüsusda baş katibliyi dönəmində münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsir­gəməyəcəyini bildirib.

Tərəflər qarşıdan gələn Ramazan bay­ramı münasibətilə bir-birilərinə qarşılıqlı səmimi təbriklərini çatdırıb, bu müqəddəs bayramın bütün İslam dünyasına əmin-a­manlıq gətirməsini arzu ediblər.

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər