Pakistanda ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə 100 ağac əkilib

post-img

Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhəri icra hakimiyyəti ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə paytaxt parkında ağacəkmə aksiyası keçirib. 

Bu münasibətlə keçirilən tədbirdə Pakistanın dövlətlər və sərhəd regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud, şəhər icra hakimiyyətinin başçısı Nur Ul Amin Menqal, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri və Azərbaycanın Pakistandakı səfirliyinin kollektivi iştirak ediblər.

Səfir Xəzər Fərhadov müasir müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyevin zəngin həyat yolu, böyük siyasi iradəsi və Azərbaycanın müstəqilliyi və inkişafı naminə gördüyü böyük işlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Aksiyada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 100 ağac əkilib.

Qulu Kəngərli

İslamabad



Son xəbərlər