Sudanda hərbi qarşıdurma başa çatıb

post-img

Sudanda ictimai-siyasi sabitlik yenidən pozulub. Son bir neçə gün ərzində baş vermiş şiddətli hərbi qarşıdurma nəticəsində dinc sakinlər arasında ölənlərin sayı 97 nəfərə çatıb. Yaralananların sayı isə mindən artıqdır. Bu barədə dünən Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məlumat verilib. Xəbəri “Euronews” yayıb. 

Məlumata görə, bazar günü yaralıla­rın döyüş zonasından çıxarılması, eləcə də mülki əhalinin təxliyəsi üçün atəşkəs elan olunmasına baxmayaraq, Xartumda atışma davam edib. 

Ölkədə baş verənlər hakimiyyət uğ­runda mübarizənin nəticəsi kimi qiymət­ləndirilir. Savaşa girişənlər isə sabiq müt­təfiqlər, 2021-ci ildə hərbi çevrilişi birgə təşkil etmiş Silahlı Qüvvələrin komanda­nı Əbdül-Fəttah əl-Burhan və “Operativ Dəstək Qüvvələri” (xüsusi təyinatlılar) adlandırılan qurumun başçısı Məhəm­məd Həmdan Daqalodur. Tərəflər arasın­da fikir ayrılığı hərbi təhlükəsizliklə bağlı islahatların müzakirəsi zamanı yaranıb. “Operativ Dəstək Qüvvələri”nə ölkənin Silahlı Qüvvələrinin tərkibinə inteqrasiya təklif olunub. Bu isə iki güc strukturu ara­sında qanlı toqquşmalara gətirib çıxarıb. 

Bəzi məlumatlara görə, iki hərbi struktur arasında münaqişə son aylar ərzində kəskinləşməkdə olub. Belə ki, ölkənin bütün siyasi qüvvələri arasında növbəti keçid dövrünə başlamaqla bağ­lı razılaşmanın imzalanması ərəfəsində əl-Burhanla Daqalonun mövqeləri toqqu­şub. Razılaşma ölkədə yeni seçkilərin keçirilməsi və hərbçilərin hakimiyyəti təh­vil verməsi ilə nəticələnməli idi. İki hərbi struktur arasında əsas fikir ayrılığı da bu zaman, “Operativ Dəstək Qüvvələri”nin nizami ordunun tərkibinə daxil edilməsi müddəti və Silahlı Qüvvələrə kimin baş komandan olması ilə bağlı ortaya çıxıb. 

Son məlumata görə, təkcə paytaxt şəhərdə qarşıduran tərəflərin hərbi qüv­vələrində on minlərlə insan cəmləşib. 

“Anadolu”nun xəbərinə görə, apre­lin 15-dən tərəflər arasında başlanmış döyüşlər paytaxt Xartumu və ölkənin bir neçə şəhərini – Cənubi Kordofan və Şi­mali Darfuru, eləcə də şimal əyalətlərini əhatə edib. Daha ağır toqquşmalar pay­taxtda olub. 

ÜST-dən bildirilib ki, atışmalar sə­bəbindən tibb işçiləri və pasiyentlər xəstəxanalara getməkdə çətinlik çəkir­lər. Eyni zamanda bir sıra dərmanların və tibb ləvazimatlarının çatışmazlığı hiss olunur. 

Təşkilat münaqişə tərəflərini tibbi xid­mətlərin göstərilməsi və döyüşlər zamanı yaralananların səhiyyə müəssisələrinə çatdırılması üçün şərait yaratmağa çağı­rıb. Bununla yanaşı, tərəflərə beynəlxalq humanitar hüquq çərçivəsində yaralıları, xəstələri, mülki şəxsləri, tibb işçilərini, tə­cili yardım maşınlarını və səhiyyə müəs­sisələrini qorumaq öhdəlikləri barədə xə­bərdarlıq edilib. 

Bütün bunlara baxmayaraq, şən­bə günündən etibarən Xartumda, onun yaxınlığındakı Omdurman şəhərində və bütün ölkə boyu bir sıra digər yerlərdə hər cür silahlardan isrtifadə olunmaqla döyüşlər davam edib. General Daqalo­nun hərbiləşdirilmiş qruplaşması döyüş­lərin gedişində paytaxt aeroportunu və prezident sarayını ələ keçirdiyini elan etsə də, ölkənin Silahlı Qüvvələri bunu təkzib edib. Hər iki tərəf dövlət televiziya­sının ofisinə nəzarət etdiyini bildirib. 

AFP-in məlumatına görə, efirdə yal­nız vətənpərvərlik mahnıları səsləndirilir. Artıq bir neçə gündür ki, döyüş zonaların­da əhali atəşlər altında, susuz və işıqsız yaşamalı olub. 

Dünən BMT-nin Ümumdünya Ərzaq Proqramı Sudanın cənubunda üç əmək­daşının öldürülməsindən sonra ölkəyə yardımı dayandırdığını bəyan edib. Avro­pa İttifaqı, Afrika İttifaqı və Ərəb Dövlətlə­ri Liqası hərbi münaqişəni pisləyən bəya­natlarla çıxış ediblər. BMT Təhlükəsizlik Şurası isə Sudandakı vəziyyətlə bağlı iclas keçirib. 

Ölkənin sabiq baş naziri Abdulla Həmdok qarşıdurmanın vətəndaş mü­haribəsinə çevrilməməsi üçün danı­şıqlara başlamağı təklif edib: “Ölkənin yenidən vətəndaş müharibəsinə qoşul­masını istəməyən Sudan xalqı üçün ye­ganə mümkün seçim sülhdür. Ona görə də mən dərhal atəşi dayandırmağa və hər cür döyüş variantını tamamilə istisna edən razılaşma əldə etməyə çağırıram”.

ABŞ-ın Dövlət katibi Entoni Blinken “Böyük Yeddilik” ölkələrinin Sudanda­kı vəziyyətdən narahat olduğunu, mü­naqişənin bütün region üçün təhlükə daşıdığını bildirib. Onun sözlərinə görə, hərbi toqquşmalar təcili dayandırılmalı, tərəflər danışıqlara qayıtmalıdır. 

Dünən Xartum aeroportunun bağlan­dığı elan olunub. Bu səbədən bur sıra aviaşirkətlər, o cümlədən, “Qətər Eyr­veys” aviakompaniyası Sudana uçuşları dayandırıb.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

P.S. Dünən günün sonunda aldığımız məlumata görə, Sudan ordusu xüsusi təyinatlıların sonuncu dəstələrini zərər­sizləşdirib. Bir çox xüsusi təyinatlı orduya əsir düşüb.

Son xəbərlər