G-7 XİN başçılarının görüşü

post-img

Dünən Yaponiyanın Naqano prefekturasının Karuidzava kurortunda keçirilən “Böyük Yeddilik” (G-7) ölkələri xarici işlər nazirlərinin görüşündə Rusiyaya qarşı sanksiyaların icrasına nəzarətin gücləndirilməsi ilə bağlı razılaşma əldə olunub. Məlumatı “İzvestiya.ru” verib.

Görüşün təşkilatçılarının məlumatın­da bildirilir: “G-7 təsdiq edir ki, Rusiya əleyhinə sanksiyaları qoruyub saxlaya­caq, eyni zamanda Ukraynaya güclü dəstəyi davam etdirəcək”. 

Qeyd olunur ki, G-7 ölkələrinin XİN başçıları bir sıra digər məsələlərlə ya­naşı, sanksiyalardan yayınma halları ilə bağlı mübarizə çərçivəsində qarşılıqlı anlaşmanı və əməkdaşlığı möhkəmlən­dirmək və üçüncü ölkələr tərəfindən Ru­siyaya silah satışına mane olmaq barədə razılığa gəliblər. Nazirlər həm də Ukray­na əarazisindəki münaqişə çərçivəsində Kiyevə dəstək göstərməkdə qərarlı ol­duqlarını bəyan ediblər.

Aprelin 16-da isə onlar Rusiyadan qaz ixracına nəzarət üzrə razılıq əldə ediblər. Nazirlər Çini də RF ilə münasi­bətdə məsuliyyətli davranmağa çağırıb­lar.

“Xalq qəzeti”

Son xəbərlər