Dünən Bakının 533 küçəsi yuyulub

post-img

Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq, dünən Bakı şəhərində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməciliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məluma­ta görə, iməcilik zamanı 533 əsas küçə və prospektlərin yuyucu maddələr­lə yuyulması təmin edilib, təmizlik və abadlıq işləri həyata keçirilib. 

Bu gün paytaxtın küçə və prospekt­ləri, park və bağları təmiz və baxımlı vəziyyətdədir. Bu hal sakinlərimiz və paytaxtın qonaqları tərəfindən xüsusi olaraq qeyd edilir. Dünən keçirilən imə­cilik Bakımızın daha da abadlaşması­na və gözəlləşməsinə töhfə olub.

Son xəbərlər