“Azərsu” rəhbərliyi Naftalanda vətəndaş qəbulu keçirib

post-img

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov 2023-cü il aprelin 14-də Naftalanda Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan sakinləri qəbul edib.

Qəbuldan əvvəl “Azərsu” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ümummilli lider Heydər Əliyevin abidə­sini ziyarət edib, abidə önünə gül dəstə­si düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Naftalan şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Naftalan şəhəri, Goranboy və Xocalı rayonların­dan olan 29 nəfər iştirak edib. Vətən­daşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlə­ri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşı­rıqlar verilib.

“Xalq qəzeti”

İqtisadiyyat