Orduda növbəti buraxılış mərasimi

post-img

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit təkmilləşdirmə, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

General-mayor Məhəmməd Həsənov çıxış edərək bildirib ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Ko­mandanı İlham Əliyev daim Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayır. 

O, kursları uğurla başa vuran mə­zunların onlara etibar olunacaq hər bir vəzifənin məsuliyyətini dərindən dərk edəcəklərinə, bundan sonra da hərbi bilik və bacarıqlarını artıraraq Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni qəbul olunmuş müasir silah, texnika və qurğuları peşəkarlıqla idarə edəcəklə­rinə inandığını bildirib.

Sonda məzunlara sertifikat və hədiy­yələr təqdim edilib. Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vur­duqdan sonra tribuna önündən təntənəli keçid olub.

Son xəbərlər