Azərbaycan və İranın XİN başçılarının telefon müzakirəsi

post-img

Aprelin 14-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xid­məti İdarəsindən bildiriblər ki, telefon danışığı zamanı, nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlər­də mövcud vəziyyəti müzakirə ediblər.

Tərəflər danışıqların davam et­dirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsi­nin mümkün olduğunu bildiriblər.

Nazirlər, eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər