İsrailin paytaxtı Təl-Əvivdə terror aktı törədilib. İsrail mətbuatının məlumatına görə, minik avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində 7 nəfər xəsarət alıb. Məlumatı “İnterfaks.ru” verib.
Hadisə sahilyanı ərazidə baş verib. Avtomobil daha sonra çevrilib. Sürücü zərərsizləşdilib. Terror aktı ilə bağlı araşdırmalara başlanılıb.
İsrail Xarici İşlər Nazirliyi Təl-Əvivdə baş vermiş insidenti terror aktı kimi qiymətləndirib. XİN hadisə nəticəsində 1 nəfərin öldüyünü, ən azı 6 nəfərin yaralandığını bildirib. Ölən və yaralananların hamısı xarici turistlərdir.
Qeyd edilir ki, terrorçu əvvəlcə avtomobillə bir neçə piyadanı vurub, sonra avtomobilindən düşərək silahla insanları güllələməyə cəhd edib. Bundan sonra polis onu zərərsizləşdirib.
İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə törədilmiş terror aktından sonra hərbi polisin ehtiyatda olan bütün şəxsi heyətinin səfərbər edilməsi barədə göstəriş verib. Bundan başqa, əlavə ordu qüvvələrinin səfərbər edilməsi barədə də göstəriş verilib. Baş nazir vətəndaşları təhlükəsizlik xidmətlərinin göstərişlərinə əməl etməyə çağırıb.
“Xalq qəzeti”