ABŞ Avropa şirkətlərini Rusiya bazarından çıxarmaq istəyir

post-img

“The Associated Press” agentliyi xəbər verir ki, ABŞ-nin Maliyyə Nazirliyi sanksiyalar və terrorizmin maliyyələşdirilməsi üzrə mütəxəssisləri Avropaya göndərməyə hazırlaşır. Məqsəd qitədəki Amerika və yerli şirkətlərin rəhbərlərini Rusiya bazarından çıxmalarının vacib olduğuna inandırmaqdır. 

Xəbərdə sonra qeyd edilir ki, nazir­liyin rəsmiləri Liz Rozenberq və Brayan Nelson yaxın günlər ərzində bir sıra Avropa ölkələrinə səfər edərək Rusiya ilə hələ də iş aparan şirkətləri Ukrayna­ya qarşı davam edən müharibə səbə­bindən Moskva ilə maliyyə əlaqələrinə son qoymağa səsləyəcəklər. 

Mütəxəssislər İsveçrə, İtaliya və Almaniyanın maliyyə qurumlarının rəhbərləri ilə görüşəcəklər. Onlar qarşı tərəfə sanksiyalardan yayınan potensial şəxslər haqqında məlumat­ları paylaşmağı və müəyyən edilmiş beynəlxalq məhdudiyyətlərə əməl et­məməyə görə mümkün cəzalar barədə xəbərdarlıq etməyi planlaşdırırlar.

“Xalq qəzeti”

Son xəbərlər