Xarici işlər nazirləri arasında telefon danışığı olub

post-img

Aprelin 7 və 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər.

Telefon danışığı zamanı, iki ölkə ara­sında mövcud olan narazılıq və anla­şılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldı­rılması üçün danışıqların davam etdiril­məsinin vacibliyi vurğulanıb.

Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbay­canın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və re­gion ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb. 

Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd edib­lər.

“Xalq qəzeti”

Son xəbərlər