Dünən Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Böyük Britaniya Birləşmiş Krallığı Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
S.Qafqarova Birləşmiş Krallıq Parlamentinin nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib. Qonaqlara Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra bölgədə yaranmış yeni vəziyyət, ölkəmizin sülh təşəbbüsləri barədə danışıb. Ölkələrin parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb və bu sahədə dostluq qruplarının rolunu vurğulayıb.
Bob Bləkmən ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərdən, aparılan danışıqlardan məmnunluğunu ifadə edib. Qonaq Ağdam şəhərinə səfəri barədə təəssüratlarını bölüşüb, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərini yüksək qiymətləndirib və bölgədəki vəziyyət barədə fikirlərini səsləndirib.
“Xalq qəzeti”