Peşəkar zabit kadrlarının komando hazırlığı

post-img

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə aprelin 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komando Dağ Təlim Mərkəzini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildirilib ki, nazir mərkəzdə Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs kursantlarının iştirak etdiyi “Komando baş­lanğıc kursu”nun gedişatı ilə tanış olub.

Məruzə edilib ki, çöl çıxışında kursa cəlb olunan heyətə yaşayış məntəqələ­rindəki döyüş şəhərciyində müasir döyüş üsulları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilir. Ke­çirilən məşğələlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, döyüş vərdişlərinin təkmil­ləşdirilməsi, eləcə də liderlik keyfiyyətləri­nin artırılmasına yönəldilir.

Məşğələləri izlədikdən sonra gene­ral-polkovnik Z.Həsənov şəxsi heyətlə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Müdafiə naziri qeyd edib ki, Ali Baş Komandanın göstərişinə uyğun olaraq Azərbaycan Ordusunda bütün sahələr­də olduğu kimi hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar davam etdirilir. Peşəkar zabit kadrlarının hazırlanmasın­da Türkiyə modelindən istifadə olunur və bu prosesin həyata keçirilməsində ko­mando hazırlığı mütləqdir.

Hərbi qulluqçuların bilik və bacarıqla­rının artırılması, bölmələrin döyüş qabiliy­yətinin daha da yüksəldilməsi məqsədilə təlimlərdə müasir döyüş üsulları məşq etdirilir, ordumuzun arsenalına yeni tələb­lərə cavab verən silah, hərbi texnika daxil edilir və hərbi qulluqçulara onların effektiv tətbiqi qaydaları öyrədilir.

General-polkovnik Z.Həsənov qeyd edib ki, Aprel döyüşləri, Günnüt əməliy­yatı, Vətən müharibəsi və sonrakı əməliy­yatlarda Azərbaycan Ordusu öz qüdrətini bütün dünyaya sübut etdi. Ordumuzun daha da qüdrətlənməsi və inkişaf etmə­si istiqamətində görülən işlər hazırda da davam etdirilir. Nazir xüsusi vurğulayıb ki, bu gün bütün hərbi qulluqçularla yanaşı, hərbi məktəblərdə təhsil alan gələcəyin zabitləri də öz üzərinə düşən vəzifəni la­yiqincə yerinə yetirməlidir.

Məşğələləri izlədikdən sonra mərkəz­də yeni istifadəyə verilən tibb məntəqə­sinə gələn müdafiə nazirinə məruzə edilib ki, müasir tələblərə cavab verən məntəqədə hərbi qulluqçuların sağlam­lıqlarının təmin olunması, onlara ilkin yardımın göstərilərək ehtiyac olduğu təq­dirdə hospitala təxliyə edilməsi üçün la­zımi şərait yaradılıb. Tibb məntəqəsində qəbul-diaqnostika otağı, palatalar, eləcə də inzibati otaqlar mövcuddur.

Daha sonra general-polkovnik Z.Həsənov çöl çıxışında olan kursantların səhra düşərgəsinə baxış keçirib. Düşər­gədə şəxsi heyətin qalması, qidalanması və asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri kursa cəlb olunan heyətə keçirilən dərslərin daha dərindən öyrənilməsi və onların gələcəkdə əsl hər­bi mütəxəssis kimi yetişməsi üçün öz töv­siyələrini verib.

Sonda general-polkovnik Z.Həsənov şəxsi heyətin döyüş hazırlığının artırılma­sı məqsədilə aidiyyəti vəzifəli şəxslər qar­şısında konkret tapşırıqlar qoyub.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər