Bakı Mühəndislik Universitetində (BMU) “YENİ Klub”un təsis toplantısı keçirilib.
Klubun gənclərin inkişafına təkan verəcəyinə, onların həyatında mühüm mərhələ açacağına ümidvar olduğunu söyləyən BMU-nun rektoru, professor Havar Məmmədov Klubun fəaliyyətinə uğurlar arzulayıb.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov isə çıxışında ölkənin ali təhsil müəssisələrində təsis olunan “YENİ Klub”ların fəaliyyətinə diqqət çəkib. Sədr bildirib ki, bu klublar tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsində, çoxşaxəli layihələrin reallaşdırılmasında aktiv rol oynayacaq.
Daha sonra “YENİ Klub”un rəhbəri Adəm Babayev, koordinatorlar – Cavad Məmmədli, Rəvan Hacıyev, Aişə Məhərrəmova təqdimatlarla çıxış ediblər. Təqdimatlarda “YENİ Klub”un fəaliyyəti, məqsədləri, istiqamətləri, həyata keçiriləcək layihələr (yarışlar, müsabiqələr, təlimlər, xarici dillərdə tədbirlər) və s. haqqında ətraflı məlumat diqqətə çatdırılıb, digər ali təhsil müəssisələrinin nəzdindəki klublarla birgə fəaliyyətin əsas istiqamətlərinə toxunulub.