Aprelin 7-si Baş prokuror Kamran Əliyev Ağcabədi Rayon Prokurorluğunun inzibati binasında Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Xocavənd və Laçın, həmçinin digər rayonlardan olan vətəndaşlarla görüşüb.
Görüş zamanı 46 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən, konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı və digər problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.
Q.QASIMOV, “Xalq qəzeti”