Bir neçə ildir ki, ABŞ Şimali Atlantika Alyansının – NATO-nun öz hərbi xərclərini artırması üçün ciddi səylər göstərir. Rusiya–Ukrayna münaqişəsi başlanan vaxtdan bu məsələ xüsusilə aktuallaşıb.
Yeri gəlmişkən, dünən ABŞ-ın dövlət katibi Entoni Blinken NATO ölkələrini hərbi xərcləri artırmağa və ümumi daxili məhsulun iki faizdən çoxunu müdafiəyə ayırmağa çağırıb. Blinken bu çağırışı “Funke” media qrupuna müsahibəsində səsləndirib. O, 2022-ci ildən NATO-nun müasir çağırışları əks etdirən yeni strategiya konsepsiyasının qüvvəyə mindiyini qeyd edib.
Dövlət katibi sözügedən müsahibədə deyibdir: “Biz müharibənin əvvəlindən Ukraynaya hərbi dəstək göstəririk. Bu, alyans ölkələrinin silah ehtiyatlarının azalmasına səbəb olub. Boşluqları doldurmaq lazımdır. Biz hərbi istehsalın və müdafiə xərclərinin dayanıqlı və daimi ritmini təmin etməliyik”.
“Xalq qəzeti”