Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Hərbi Prokurorluğun və Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin birgə tədbiri keçirilib.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışlarda, həmçinin dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizdə həyata keçirilmiş hərtərəfli islahatlardan, bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən danışılıb.
“Xalq qəzeti”

