Litva Ukraynanın NATO-ya dəvət olunması barədə qətnamə qəbul edib

post-img

Litva Seymi NATO-nun Vilnüsdə keçiriləcək yay sammitinə təqdim olunmaq üçün qətnamə qəbul edib.

Litva Parlamentinin mət­buat xidmətinə istinadla xəbər verir ki, Qətnamədə Ukraynanın Alyansa qoşul­ması barədə rəsmi dəvət əks olunub.

Sənəddə deyilir ki, NA­TO-nun Vilnüsdə keçiriləcək sammitində Ukraynanı NA­TO-ya qoşulmağa dəvət etmək, şərait imkan verəndə onun üz­vlüyü haqqında protokollar imzalamaq və ratifikasiya prosesinə başlamaq la­zımdır.

Litva parlamentinin üzvləri hesab edirlər ki, bu addım NATO-nun Ukray­nada və Avropada sülhə nail olmaq is­təyini əks etdirən strateji qərarı olacaq.

Son xəbərlər