Sülhməramlılara aid avtomobil karvanı aksiya ərazisindən sərbəst keçib

post-img

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 116-cı günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 7 avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 20 avtomobil keçib.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Son xəbərlər