Ağsuda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib

post-img

Konfransda Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, professorlar Mahir Səbzəliyev, Qafar Cəbiyev, dosent Şaiq Əsgərov, Xarici İşlər Nazirliyinin şöbə müdiri Mətin Mirzə, Xalq artisti Əli Nuruzadə, rayon ağsaqqalları iştirak ediblər.

Qonaqlar əvvəlcə ulu öndərin abi­dəsi önünə gül dəstələri düzərək xa­tirəsinə ehtiramlarını bildiriblər. Sonra ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında bildi­rib ki, 1993-cü ilin iyun ayının 15-də ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbay­can xalqının tarixində dönüş nöqtəsi oldu. Ordu quruculuğuna, iqtisadi in­kişafa şərait yaradıldı, təhsilin, mədə­niyyətin yüksəlişi təmin edildi. Məhz bu prinsiplərin fövqündə milli ideologiya­mızın əsası olan azərbaycançılıq for­malaşdı. Ulu öndərin memarı olduğu milli dövlətçilik ideologiyasında azər­baycançılıq məfkurəsi ön plana çəkil­mişdir. 

Digər çıxış edənlər Heydər Əliyevin siyasi kursundan, onun həyat və fəaliy­yətindən geniş bəhs ediblər. Bildiriblər ki, ulu öndərin qurduğu və azərbay­cançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvünü vahid ideya ətrafında birləşdirən, mə­nafelərini qoruyan, müdafiə edən qürur mənbəyimizdir. Dövlətin qüdrəti onun iqtisadi potensialı və hərbi gücü ilə ya­naşı, həm də xalqın birliyi, həmrəyliyi ilə ölçülür. 

Milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq məfkurəsi bu gün də uğurla davam etdirilməkdədir.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

agsu.jpg

Son xəbərlər