Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub

post-img

Martın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xid­mətindən bildiriblər ki, telefon danışığı zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Dövlət başçılarının tapşırıqlarının icrası məqsədilə Azərbaycan Respub­likası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumət­lərarası Komissiya çərçivəsində həyata keçirilən işlərin gedişi barədə fikir müba­diləsi aparılıb.

Eyni zamanda, Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif sahələrdə perspektivləri müzakirə olu­nub.

F.Oktay Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində gö­rülən işlər və bərpa-quruculuq tədbirləri barədə məlumat verib.

 

“Xalq qəzeti”

Son xəbərlər