Baş nazir Boris Titov ilə görüşüb

post-img

Martın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov ilə görüşüb. 

Nazirlər Kabinetinin mətbu­at xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-Rusiya qarşılıqlı münasibət­lərinin hərtərəfli inkişaf etməsi qeyd olu­nub. 

Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğu müsbət qiymətlən­dirilib, Rusiya biznesinin ölkəmizdə geniş təmsil olunmasından məmnunluq bildirilib. 

Tərəflər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin və qarşılıqlı işgüzar missiyaların davam etdirilməsinin vacibliyini vurğulayıblar. 

Görüşdə, həmçinin ticari-iqtisadi, in­vestisiya və qarşılıqlı maraq doğuran di­gər sahələrdə əməkdaşlığın inkişaf etdi­rilməsi perspektivləri də müzakirə olunub.

 

“Xalq qəzeti”

Son xəbərlər