“Microsoft”un yeni funksiyası – “Copilot”

post-img

ABŞ-ın texnologiya şirkətlərindən biri olan “Microsoft” şirkəti “Word”, “Excel” və “Outlook” daxil olmaqla, ofis proqramlarına süni intellekt əlavə edəcəyini açıqlayıb. Məlumatı “cnbc.com” saytı verib.

Ofis proqramlarına əlavə ediləcək yeni funksiya “Copilot” adlanır. Bu funksiya sayəsində uzun e-poçtları ümumiləşdir­mək, “Word”də hekayələr hazırlamaq və “PowerPoint”də slaydları canlandırmaq kimi xüsusiyyətlər süni intellekt tərəfindən yerinə yetiriləcək. Həmçinin “Copilot” ilə süni intel­lekt iclaslar zamanı görüşləri ümumiləşdirə və hətta müzakirə mövzusunun müsbət və mənfi tərəflərini qiymətləndirə bilər.

Qeyd edək ki, şirkət son vaxtlar məş­hur olan süni intellektli söhbət robotu “ChatGPT”-yə bənzəyən “Business Chat” adlı söhbət funksiyasını da tətbiqlərə əlavə edəcəyini açıqlayıb. Hazırda yeni funksiyalar yalnız 20 korporativ müştəri üçün əlçatandır və yaxın aylarda daha çox müştəriyə təqdim ediləcəyi gözlənilir.

 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Son xəbərlər