Çanaqqala Zəfəri Gəncədə təntənə ilə anıldı

post-img

Gəncədə şəhər icra hakimiyyətinin dəstəyi və Türkyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə 18 Mart – Çanaqqala Zəfərinin və şəhidlərinin anım gününün 108-ci, İstiqlal Marşının yaranmasının 102-ci ildönünümlərinə həsr olunmuş tədbir keçirilib.

Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə gül-çiçək dəstələri düzülüb və Çanaqqala şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə Dövlət himnləri səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. 

Anım mərasimində çıxış edən Tür­kiyənin Gəncədəki baş konsulu Recep Öztop Vətən uğrunda canından keçən türk və Azərbaycan şəhidlərini yad edib, qazanılan zəfərlərin əbədi olmasını dilə­yib. O qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki haqlı Qələbəsi qardaş Türkiyədə də böyük coşqu ilə qarşıla­nıb. Müharibənin başlandığı ilk gündən Türkiyə qardaş Azərbaycana bütün im­kanları ilə öz mənəvi dəstəyini göstərib. Bununla yanaşı, konsul qardaş Azərbay­canın da dəstəyini daim hiss etdiklərini söyləyib. Belə ki, fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra qardaş ölkəyə ilk dəstək Azərbaycan­dan olub. Azərbaycan xalqının da hər bir sahədə əlindən gələni əsirgəmədiyini bildirən konsul bu çətin günlərdə göstə­rilən dəstəyə görə öz təşəkkürünü bil­dirib. Eyni zamanda konsul Çanaqqala Zəfərindən ilhamlanaraq İstiqlal marşını qələmə alan dahi şair Mehmet Akif Ərso­yu hörmət və sevgi ilə yada salıb. 

Gəncə ŞİH-in başçısı Niyazi Bayra­mov çıxışında Çanaqqala şəhidlərinin göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Bildirib ki, Çanaqqala döyüşündə 3 minə yaxın azərbaycanlı iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçib. Qeyd edib ki, iki dövlət beynəlxalq aləmdə hər zaman bir-birinin haqlı mövqeyinin fəal dəstəkçisi kimi çıxış edir. Çanaqqala Zəfərinin yüksək səviyyədə anılması həmin tarixi proseslərdə əsl qardaşlıq nümunəsi göstərmiş, böyük qurtuluş savaşında könüllü iştirak etmiş və Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının da xatirəsinə eh­tiramın bir ifadəsidir. 

Çıxışlardan sonra Gəncə Uşaq evinin balaca sakinləri tərəfindən Çanaqqala zəfərinə həsr olunmuş şeirlər səsləndi­rilib.

Həmin gün Çanaqqala Zəfərinin 108-ci ildönümü ilə bağlı Heydər Əliyev Park-Kompleksinin ərazisində ağacəkmə aksiyası keçirilib.

 

H.QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

12-3.jpg

Son xəbərlər