Baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev, müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı Ənvər Əfəndiyev, Hərbi Prokurorluğun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri, habelə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri Novruz bayramı münasibətilə müxtəlif bölgələrdəki hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.
Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, görüş iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə zəlzələ zamanı həyatını itirən şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Hərbi prokuror bildirib ki, hazırda Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib. O, müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir diplomatiyasından və yüksək sərkərdəlik məharətindən, Birinci vitse-prezident MehribanƏliyevanın dəstəyindən, xalqımızın əzmkarlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən söz açaraq, əldə olunan möhtəşəm tarixi qələbənin Prezident–Xalq birliyindən qaynaqlandığını xüsusi vurğulayıb.
Q.QASIMOV, “Xalq qəzeti”

