Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

post-img

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovla görüşüb. 

Görüş zamanı Zaur Askenderovun səfərinin Azərbaycanla Dağıstan ara­sında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, o cümlədən qanunverici orqanların qarşılıqlı fəaliyyətinə töhfə verəcəyinə əminlik ifadə olunub. 

Tərəflər Azərbaycan və Dağıstan arasında müxtəlif sahələrdə münasibət­lərin inkişafını müsbət qiymətləndiriblər. 

Görüşdə, həmçinin ikitərəfli əmək­daşlığın perspektivlərinə dair fikir mü­badiləsi aparılıb.

 

“Xalq qəzeti”

Son xəbərlər