YAP-dan növbəti ağacəkmə kampaniyası

post-img

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları ağacəkmə kampaniyası həyata keçirirlər.

YAP-ın mətbuat xidmətin­dən bildiriblər ki, kampaniya çərçivəsində növbəti tədbirlər partiyanın Kəlbəcər, Cəlilabad, Hacıqabul, Salyan, Bərdə, As­tara, Beyləqan, Kürdəmir, Qə­bələ, Salyan və Ağsu rayon təşkilatlarının yerli icra haki­miyyəti orqanlarının birgə təşkilatçılığı əsasında keçirilib.

Tədbirlərdə YAP-ın yerli təşkilatlarının rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Eldar şamı, çinar və sərv olmaqla ümumilikdə 7000-dən çox müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiyanın keçirilməsin­də məqsəd ölkədə ekologiyanın qorun­ması və ətraf mühitin sağlamlaşdırılma­sına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əsasını qoy­duğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

Q.QƏZƏNFƏR, “Xalq qəzeti”

Son xəbərlər