Əsəd Moskvada Putinlə görüşüb

post-img

Suriya Prezidenti Bəşər Əsəd Moskvaya işgüzar səfərə gedib. Martın 14-də axşam saatlarında onu Vnukovo aero­portunda RF Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, RF XİN başçısının müavini Mixail Boqdanov, Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri və Rusiyanın Su­riyadakı səfiri Aleksandr Yefimov qarşılayıblar. Dünən Əsəd Aleksandrov bağında naməlum əsgərin məzarına gül çələngi qoyub. Məlumatı TASS verib. 

Dünən Əsəd Kremldə Ru­siya Prezidenti Vladimir Putin­lə görüşüb. RF Prezidentinin mətbuat xidmətinin məlumatı­na görə, görüş zamanı Rusi­ya və Suriya arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inki­şafı, eləcə də Suriya ətrafında vəziyyətin kompleks nizamlan­ması perspektivləri müzakirə olunub. 

Rusiya analitiklərinin fikrin­cə, Əsədin səfəri ekstraordinar xarakter daşıyır və Yaxın Şərq­də yeni perspektivlərlə bağlı Rusiya ilə birgə strategiyanın işlənməsinə hesablanıb. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər