Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Finlandiyanın dövlət başçısı Sauli Niinistö iki günlük səfərlə Ankaraya gəlir. Türkiyə Prezidenti Administrasiyasından bildirilib ki, səfər martın 16-17-də baş tutacaq. Məlumatı “Anadolu” verib.
Martın 17-də İstanbulda keçiriləcək yüksək səviyyəli danışıqlarda Türkiyə–Finlandiya münasibətlərinin geniş spektri ətrafında fikir mübadiləsi aparılacaq. Ölkə liderləri Madriddə NATO-nun sonuncu sammiti günlərində Türkiyə, Finlandiya və İsveç tərəfindən imzalanmış üçtərəfli bəyannamədən irəli gələn öhdəliklərin Şimali Atlantika alyansına daxil olmaq üçün ərizə vermiş Finlandiya tərəfindən yerinə yetirilməsi mövzusunu müzakirə edəcəklər.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”