İndoneziyada ulu öndərin 100 illiyinə həsr olunan poçt markaları buraxılıb

post-img

Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbü­sü ilə İndoneziya Dövlət Poçt Şirkəti ümummilli lider Heydər Əliyevə həsr olunan poçt markaları buraxıb.

Səfirlikdən bildiriblər ki, poçt markası Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq buraxılıb. Markanın üzərində İndoneziya dilində “Heydər Əliyev İli 2023” yazılıb.

İndoneziya Poçt Dövlət Şirkəti ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, sözügedən marka mart ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyədə ola­caq. Poçt markası ölkənin filatelistləri tərəfindən böyük maraqla qarşılanıb.

Son xəbərlər