Dünən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Vərməziyar kəndində aparılan kompleks quruculuq işləri ilə tanış olub.
Yenidən qurulan Vərməziyar kənd tam orta məktəbi ilə tanışlıqdan sonra pedaqoji kollektivlə görüşdə Prezident İlham Əliyevin ölkəmizdə və muxtar respublikada təhsil sahəsində həyata keçirdiyi tədbirlərdən, dövlət başçısının təhsil işçilərinə olan qayğısından danışılıb. Söhbət zamanı məktəbdə müəllim və şagirdlərin hazırlıq səviyyəsinin ürəkaçan olmaması, məktəblilərin innovativ yanaşmaları çətin qavraması və bu sahədə pedaqoji heyətinin qarşısında duran vəzifələr diqqətə çatdırılıb.
Səlahiyyətli nümayəndə kənd sakinləri ilə də görüşüb, onların problemləri ilə tanış olub, xidmət və kənd mərkəzlərində yaradılan şəraitlə maraqlanıb.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”
Naxçıvan