İsmət Cahan: İslamofobiyaya qarşı real işlər görülməlidir

post-img

Təəssüf ki, Qərbdə, dünyanın bəzi regionlarında islamofobiya artır. Bəzi ölkələrdə bu mənfi tendensiyanın siyasiləşdirilməsinə meyillik müşahidə olunur ki, bu da yalnış yoldur. 

"Xalq qəzeti"nin məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqındakı səfiri və daimi müşahidəçisi İsmət Cahan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, islamofobiyanın gender aspekti də var. Avropada müsəlman qadınlara qarşı təzyiqlər var və buna qarşı mübarizə aparılmalıdır:

"Avropada belə fikir var ki, müsəlman qadını azad etmək lazımdır. Bu, kökündən yalnış mövqedir. Müsəlman qadını seçimində azaddır. Bizi ayıran amil bizi birləşdirə bilər. Bunun üçün real işlər görülməlidir. İƏT islamofobiyanın güclənməsindən narahatlıq keçirir. 

Avropada müsəlmanların terrorçu və arzuolunmaz mühacir olduğunu düşünürlər. Bu mövqe cəmiyyəti qütbləşdirir. Amma, təbii ki, bu, yanlış fikirdir. Müsəlmanların Avropada öz yerinin olduğunu deməyə ehtiyac var. Bunun üçün islamofobiya ilə mübarizə konkret fəaliyyət planı əsasında aparılmalıdır”.

Son xəbərlər