Aydın Səfixanlı: İslamofobiya Fransada institutlaşdırılır

post-img

Dünya Fransanın Əlcəzair xalqına və Afrika və Cənub-Şərqi Asiyanın digər ölkələrinə qarşı törətdiyi kütləvi vəhşiliyi unutmamalı, ədalət tələb etməlidir. Gələcəkdə belə faciələrin qarşısını almaq üçün mümkün olan hər şey edilməlidir. 

"Xalq qəzeti"nin məlumatına görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatının İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiyasının üzvü Aydın Səfixanlı “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Fransa Əlcəzair xalqına qarşı dəhşətli müharibə aparıb və bu müharibədə 1,5 milyondan çox insan həyatını itirib.

Aparat rəhbəri qeyd edib ki, aktual problemlərdən biri də sülh və insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər törətmiş bütün şəxslərin məsuliyyətə cəlb olunması məsələsidir: “Bununla bağlı beynəlxalq hüquq bir sıra mexanizmlər hazırlayıb. Onlardan biri də beynəlxalq məhkəmələrdir”.

A.Səfixanlı bildirdi ki, Qərbin bəzi ölkələrində islama qarşı aşağılayıcı hərəkətlərə yol verilir. Bu əməllər ifadə azadlığı adı altında edilir. Halbuki bu aşağılayıcı addımların ifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur. 

 

Son xəbərlər