Forum iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

post-img

X Qlobal Bakı Forumunun iştirakçıları martın 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, Forum iş­tirakçıları ulu öndərin məzarı önünə gül dəstələri düzüblər.

Sonra görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı zi­yarət edilib, məzarı üzərinə tər güllər düzülüb.

Son xəbərlər