MN: Laçın yolunun Azərbaycan–Ermənistan sərhədinin son nöqtəsində sərhəd-keçid nəzarət məntəqəmizin qurulması zəruridir

post-img

Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin şəxsi heyətini daşıyan hərbi nəqliyyat vasitələrinin Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildirilib ki, təqdim olunan videogö­rüntülərdə Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silah­lı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd edilən marşrut üzrə hərəkətinin Ru­siya sülhməramlı kontingentinə məxsus ZTR-82A döyüş maşını ilə müşayiət edil­məsi və döyüş mövqeyinə gətirilən şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi aydın müşahidə olunur.

Bəyan edirik ki, Azərbaycanın Qa­rabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayan­dırılmalı və qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə tərksilah edilərək ərazimizdən çıxarılması təmin edilməlidir.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kon­tingentinin komandanlığı bu prosesdə öz məsuliyyətini dərk etməli və üzərinə düşən öhdəlikləri mütləq şəkildə icra et­məlidir.

Mütəmadi baş verən bu kimi qeyri-qa­nuni fəaliyyətlər Laçın yolunun Azərbay­can-Ermənistan sərhədinin son nöqtəsin­də Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zəruri edir.

Son xəbərlər