Mustafa Abbasbəyli: Ötən il 4500-dən çox şəxsi peşə hazırlıq kursuna cəlb etmişik

post-img

Bu gün ölkədə əmək müqavilələrinin elektronlaşdırılması işə götürənlərin iş yükünün ciddi şəkildə azaldılmasına səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Lənkəranda keçirilən “Regional tərəfdaşların inkişafı” adlı tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri bazar üçün tələb olunan yüksək savadlı kadrların hazırlanmasıdır: “Ümumilikdə Dövlət Məşğulluq Agentliyi olaraq özəl təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində çalışırıq. Peşə hazırlığı da bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir. Bu, potensiallı kadrların hazırlanması üçün zəruri mexanizimlərdən biridir. Bu məqsədlə 2022-ci ildə 4500-dən çox şəxsi peşə hazırlıq kursuna cəlb etmişik”.

Son xəbərlər