Azərbaycanın dünyada baş verən problemlərə yanaşması diqqətlərdən qaçmır - ATƏT-in nümayəndəsi

post-img

Ümumiyyətlə, Qlobal Bakı Forumunun keçirilməsi vacibdir. Çünki Forumda müzakirə edilən mövzular olduqca aktualdır.

Bunu AZƏRTAC-a müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədrinin uzunsürən münaqişələr üzrə xüsusi nümayəndəsi Balat Nurgaliyev deyib.

B.Nurgaliyev qeyd edib ki, Forumda aparılan müzakirələr mübahisəli məsələlərin həlli istiqamətində atılan ilk addımlardır. “Azərbaycanın dünyada baş verən problemlərə bu dərəcədə xoş niyyətlə yanaşması diqqətlərdən qaçmır. İqtisadiyyat, səhiyyə, ekologiya və digər sahələrdə mövcud problemlərin həlli yolları araşdırılmalıdır”.

Siyasət