“Əl-Qaidə” İrana köçüb

post-img

İran “Əl-Qaidə” terror şəbəkəsinin mərkəzinə çevrilib. Belə bir bəyanatla ABŞ-ın Əfqanıstan üzrə sabiq xüsusi nümyəndəsi Zalmay Xəlilzad çıxış edib. Məlumatı TASS verib. 

Xəlilzad “TOLOnews” te­lekanalına müsahibəsində deyib: “Bir zaman “Əl-Qaidə” şəbəkəsinin fəaliyyət mərkəzi Əfqanıstan idi. İndi bu mərkəz İrana köçüb”. 

Sabiq səfir ABŞ Prezidenti Cozef Bayden administrasiya­sını İrana qarşı əlavə sank­siyalar tətbiq etməyə və Tehranı beynəlxalq aləm­dən təcrid etməyə çağırıb.

Qeyd edək ki, Zalmay Xəlilzad əvvəllər ABŞ Döv­lət Departamentinin Milli Təhlükəsizlik Şurasında və Pentaqonun strukturlarında çalışıb, Kabil və Bağdadda səfir işləyib, Birləşmiş Ştat­ların BMT-də daimi nümayən­dəsi olub. O, hazırda Ağ evin məsləhətçilərindən biridir.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər